“Real”ın baş məşqçisi Karlo Ançelotti La Liqanın 27-ci turunda “Rayo Valyekano” ilə keçirilən oyunu (2:1) dəyərləndirib. Matc.az xəbər verir ki, təcrübəli çalışdırıcı bu qələbənin onun üçün vacib olduğunu deyib.

“Bu qələbə mənim üçün önəmli idi. Vinisius Junior və Mbappe iki önəmli qol vurdu. 70-ci dəqiqəyə qədər çox yaxşı oynadılar və hesabı 3:1 etmək şansları oldu”, - deyə Ançelotti bildirib.

Qeyd edək ki, “Real” hazırda 57 xalla ikinci pillədə qərarlaşıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest