10 Mart 2025, 15:56
FUTBOL
"Əl-Hilal"ın hücumçusu Aleksandr Mitroviç səhhəti ilə bağlı problemlə üzləşib. Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Tanınmış futbolçu dünən səhər saatlarında xəstəxanaya yerləşdirilib. Onun ürəyində problem olduğu üzə çıxıb. Serbiyalı forvard sürətli ürək döyüntüsünə görə müalicə alacaq.
Qeyd edək ki, Mitroviçə istirahət etmək və gərginlikdən uzaq durmaq tövsiyə olunub.