10 Mart 2025, 17:32
FUTBOL
Misli Premyer Liqasının 26-cı turu çərçivəsində hazırda keçirilən “Sumqayıt” - “Kəpəz” oyununda yaddaqalan məqam baş verib. Matc.az xəbər verir ki, “kimyaçılar”ın 11 oyunluq “qol orucu”, nəhayət ki, başa çatıb.
Həsrətlə gözlənilən qolun müəllifi Roi Kehat olub. O, qarşılaşmanın 20-ci dəqiqəsində fərqlənib.
Qeyd edək ki, “Sumqayıt” bunadək sonuncu qolu 2024-cü ilin noyabrın 30-da “Zirə”nin qapısından keçirmişdi.