Misli Premyer Liqasında “Ayın qolu” layihəsi çərçivəsində “Kəpəz”in müdafiəçisi Turan Manafov mükafatlandırılıb. Matc.az xəbər verir ki, bu barədə məlumat Peşəkar Futbol Liqasının mətbuat xidməti tərəfindən yayılıb.

Futbolçunun "Turan Tovuz"a 5:2 hesabı ilə qalib gəldikləri oyunda vurduğu birinci qol ən yaxşı seçilib.

Yanvar ayının ən yaxşı qolunun müəllifinə mükafat XXVI turun "Sumqayıt" - "Kəpəz" oyunundan öncə təqdim edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest