10 Mart 2025, 18:26
FUTBOL
"Trabzonspor" baş məşqçisi Şenol Günəşi Superliqada "Hatayspor"a evdə 2:1 hesabı ilə uduzduqları oyundan sonra istefaya göndərdiyini açıqlayıb.
Matc.az xəbər verir ki, Trabzon komandasının rəhbərliyi təcrübəli mütəxəssisə idman direktoru vəzifəsində davam etdirməyi təklif edib. Şenol Günəş təklifi rədd edib.
Bununla da Şenol Günəşin "Trabzonspor"da 3-cü dönəmi başa çatıb. Şenol Günəş daha əvvəl 2005 və 2009-2013-cü illərdə iki dəfə "Trabzonspor"un baş məşqçisi vəzifəsində çalışıb.