Bu gün Bakıda 2025-ci ildə keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.

Matc.az xəbər verir ki, püşkatmada komandaların adlarını səbətdən "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov, fəxri qonaq kimi tədbirə qatılan Portuqaliya millisinin sabiq üzvü Nani və Azərbaycanın minifutbol üzrə millisinin kapitanı Seymur Məmmədov çəkib.

Qeyd edək ki, mundialda iştirak edəcək 32 komanda 8 qrupda yarışacaq. Azərbaycan yığması A qrupunda yer alıb. Millimizin qrupdakı rəqibləri Mavritaniya, Sloveniya və Bəhreyn olub. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest