AFFA İntizam Komitəsinin iclasında II Liqada və Əvəzedicilər liqasında baş verən neqativ hallara da baxılıb. Matc.az xəbər verir ki, yaşanan xoşagəlməz olaylarla bağlı hüquqi qiymət verilib.

II Liqada XVI turun “Dinamo” - “Füzuli” oyununun 80-ci dəqiqəsində “Füzuli” komandasının futbolçusu Yusif Cəfərov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyunluq cəzalanıb, “Füzuli” komandası 150 manat cərimə edilib.

Əvəzedicilər liqasında XXVI turun “Neftçi-2” – “Turan Tovuz-2” oyununun 90+5-ci dəqiqəsində “Neftçi-2” komandasının futbolçusu Həbib İsmayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, “Neftçi-2” komandası 300 manat cərimə edilib.

Oyunun 90+1-ci dəqiqəsində “Turan Tovuz-2” komandasının futbolçusu Cavid Qasımov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra ehtiyat skamyanın oturacağını sındırdığına görə 1 oyunluq cəzalanıb, “Turan Tovuz-2” komandası 100 manat cərimə edilib. Stadionun əmlakına dəymiş zərər “Turan Tovuz-2” komandası tərəfindən qarşılanacaq.

Görüşün 90+5-ci dəqiqəsində “Turan Tovuz-2” komandasının futbolçusu Sadiq Quliyev təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, “Turan Tovuz-2” komandası 300 manat cərimə edilib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest