13 Mart 2025, 19:20
FUTBOL
UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab qarşılaşmalarının ən yaxşı oyunçusu PSJ-nin qapıçısı Canluici Donnarumma seçilib.
Matc.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
İtalyan qolkiper azarkeşlər arasında keçirilən sorğuda Harri Keyn ("Bavariya"), Marko Asensio ("Aston Villa") və Emre Canı ("Borussiya") qabaqlayıb.
Qeyd edək ki, Donnarumma PSJ-nin "Liverpul"u səfərdə 1:0 hesabı ilə məğlub etdiyi oyunda 120 dəqiqə meydanda olub. 26 yaşlı qapıçı həmçinin, penaltilər seriyasında 2 zərbəni dəf etməyi bacarıb.