13 Mart 2025, 20:36
FUTBOL
"Bavariya" yarımmüdafiəçisi Coşua Kimmixlə müqavilənin müddətini uzadıb. 2029-cu ilə qədər uzadıb.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
30 yaşlı futbolçu ilə yeni müqavilə 2029-cu ilə qədər nəzərdə tutulub.
Qeyd edək ki, Kimmix 2015-ci ildən "Bavariya"nın formasını geyinir. Bu müddət ərzində o, meydana çıxdığı 429 oyunda 43 qol vurub və 115 məhsuldar ötürmə edib.