14 Mart 2025, 09:14
FUTBOL
Yamaykanın paytaxtı Kinqstondakı “Park İndependenс” stadionunda KONKAKAF Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyunu keçirilib. Matc.az xəbər verir ki, yerli “Kavalier” ABŞ-ın “İnter Mayami” klubunu qəbul edib.
İlk oyunda 2:0 hesablı qələbə qazanan MLS təmsilçisi səfərdə də rəqibini eyni hesabla üstələyib. “İnter Mayami”nin heyətində qolları Luis Suares və Lionel Messi vurub. Bununla floridalılar 1/4 finala yüksəlib.
1/4 final mərhələsində “İnter Mayami”nin rəqibi MLS-in digər iştirakçısı “Los-Anceles” olacaq.