14 Mart 2025, 09:20
FUTBOL
“Zirə”nin hücumçusu Salifu Suma karyerasını Rusiyada davam etdirə bilər. Matc.az xəbər verir ki, 22 yaşlı futbolçu bu ölkənin bir neçə klubunun maraq dairəsindədi.
Xüsusən də, Moskva klubları onu heyətə cəlb etmək niyyətindədi. Bu baxımdan “Lokomotiv” daha şanslı sayılır. Çünki Moskva klubu qvineya-bissaulu forvardın transferi üçün “Zirə”nin tələb etdiyi 800 min avronu ödəməyə hazırdı.
Ancaq “Lokomotiv”in işi heç də asan olmayacaq. Çünki Suma başqa ölkələrin klublarından da təkliflər alıb. Sadəcə, indiyə qədər yalnız Moskva təmsilçisi tələb olunan pulu ödəməyə müsbət yanaşıb.
Qeyd edək ki, Salifu Suma 2027-ci ilin yayına qədər “Zirə”yə məxsusdu.