14 Mart 2025, 10:13
FUTBOL
Azərbaycan isə 30-cu pillədə qalıb. Avrokuboklarda təmsilçisi olmayan ölkəmizin hesabında 19,625 xal var. Siyahıda Azərbaycandan aşağıda olan ölkələrin də Avropa arenasında komandası qalmayıb.
Ölkələrin yeni UEFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, Avropa Liqası və Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra bəzi ölkələr xal ehtiyatlarını artırıb.
Bu görüşlər cəmi 1 yerdəyişməyə səbəb olub. Belə ki, 15-ci pillədəki Danimarka yerini Polşaya verib.
Azərbaycan isə 30-cu pillədə qalıb. Avrokuboklarda təmsilçisi olmayan ölkəmizin hesabında 19,625 xal var. Siyahıda Azərbaycandan aşağıda olan ölkələrin də Avropa arenasında komandası qalmayıb.
UEFA reytinqinə 109,982 xalla İngiltərə liderlik edir.