Yanvarın 26-da “Qarabağ”la keçirilən çempionat matçının 90+4-cü dəqiqəsində vurduğu qolla “Turan Tovuz”a 2:1 hesablı qələbə qazandıran Con fevralda Azərbaycan klubunu Liviya təmsilçisinə dəyişib.
“Turan Tovuz”un sabiq futbolçusu Otto Con son dəqiqə qollarına davam edir. Matc.az xəbər verir ki, nigeriyalı hücumçu Liviya klubu “Əl Mədinə”ni məhz son saniyələrdə sevindirməyə öyrəşib.
Yanvarın 26-da “Qarabağ”la keçirilən çempionat matçının 90+4-cü dəqiqəsində vurduğu qolla “Turan Tovuz”a 2:1 hesablı qələbə qazandıran Con fevralda Azərbaycan klubunu Liviya təmsilçisinə dəyişib.
Onun gedişindən bəri “Əl Mədinə” məğlubiyyət üzü görməyib. Komanda Liviya çempionatının geridə qalan 4 turunda 2 qələbə qazanıb, 2 heç-heçə edib. Otto Con əvvəlcə “Əl İttihad”ı 3:1 hesabı ilə məğlub etdikləri qarşılaşmanın 82 və 90+5-ci dəqiqələrində fərqlənib. 27 yaşlı forvard “Əl Əhli” və “Əl Vətən”lə görüşlərin 90+5-ci dəqiqəsində vurduğu qolla komandasını məğlubiyyətdən xilas edib. Hər iki oyun 1:1 hesabı ilə yekunlaşıb.
“Əl Mədinə”nin “Əl Dəhrə”ni 2:0 hesabı ilə məğlub etdiyi matçda isə sabiq “Turan Tovuz”lu 90+4-cü dəqiqədə adını tabloya yazdırıb.
Qeyd edək ki, “Əl Mədinə” 13 turdan sonra Liviya çempionatının 4-cü qrupunda 27 xalla 2-ci pillədə qərarlaşır.