Tiaqo Motta “Yuventus”un baş məşqçisi postundan istefaya göndərilə bilər. Matc.az xəbər verir ki, bu, Turin klubunun bazar günü keçiriləcək A Seriyasının XXIX tur oyunundan asılı olacaq.
“Qoca sinyora” florensiyalılar önündə uğurlu nəticə əldə edə bilməsə, Motta ilə yollar ayrılacaq. Rəhbərliyi hələlik müvəqqəti baş məşqçi variantını nəzərdən keçirir. Klubun gənclər komandasının çalışdırıcısı Françesko Manyanyelli mövsümün sonuna qədər əsas kollektivə rəhbərlik edə bilər.
Yayda isə Roberto Mançini və Xavi kimi mütəxəssislərlə danışıqlar aparılacaq. 60 yaşlı Mançininin son iş yeri ötən ilin oktyabrında ayrıldığı Səudiyyə Ərəbistanı millisi olub.
Digər namizəd isə “Barselona”nın sabiq baş məşqçisi Xavidi. “Yuve” hər iki mütəxəssislə danışıqlara başlamağı planlaşdırır.