“Mançester Yunayted”in əfsanəvi futbolçusu Ueyn Runi komandanın hazırkı durumunu dəyərləndirib. Matc.az xəbər verir ki, o, “qırmızı şeytanlar”ın vəziyyətinin ürəkaçan olmadığını düşünür.

Runinin fikrincə, rəhbərlik heyətdə köklü dəyişiklik aparmalıdı: “İndiki “Mançester Yunayted” itirilmiş və qorxmuş görünür. Brunu Fernandeş bəzən əsəbləşdirsə də, hələ də nəticə verir. Heyətdə ciddi dəyişikliklərə ehtiyac var. Məncə, 10-15 futbolçu klubu tərk etməlidi. Aydındı ki, bu, tam mümkün deyil. Amma indiki heyətin mentaliteti elədi ki, heç kim məsuliyyəti üzərinə götürmür. Mən yalnız Brunu Fernandeş və Kobbi Maynonu komandada saxlayardım”.

Qeyd edək ki, “Mançester Yunayted” hazırda İngiltərə Premyer Liqasında turnir cədvəlinin 14-cü pilləsində qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest