Klubların növbəti UEFA reytinqi açıqlanıb. Matc.az xəbər verir ki, Avropa Liqası və Konfrans Liqasında 1/8 final mərhələsinin cavab oyunlarından sonra bir çox dəyişiklik olub.

Azərbaycan təmsilçilərindən “Qarabağ” 67-ci pillədəki mövqeyini qoruyub. Ağdamlıların aktivində 32,000 xal var.

“Neftçi” 8,000 xalla 181-ci yerə şərikdi. “Zirə”, “Sabah”, “Sumqayıt” 4,000 xalla 318-ci, “Qəbələ” və “Şamaxı” 3,925 xalla 337-ci yeri bölüşürlər.

UEFA reytinqinə 143,500 xala malik “Real” başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest