Abbasov təyinatı ilə bağlı təəssüratlarını bildirib.

“Belə bir məsuliyyətli işi mənə etibar etdiyi üçün AFFA rəhbərliyinə təşəkkür edirəm”. Matc.az xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi Ayxan Abbasov deyib.

AFFA-nın saytına danışan Abbasov təyinatı ilə bağlı təəssüratlarını bildirib: “Bir azərbaycanlı olaraq ölkəmin ikinci komandasında işləmək şərəfdi. Qarşımıza çox böyük iş düşür. Bunun öhdəsindən gəlməyə çalışacağıq. Əsas məqsədlərimizdən biri yeni gənc oyunçuların üzə çıxarılması və A millimizə namizəd olmasıdı. İlk iş olaraq böyük seleksiya işi aparıb, qarşıdakı oyunlara hazırlaşacağıq”.

Qeyd edək ki, U-21 millimizin yeni baş məşqçisi Ayxan Abbasovla müqavilənin müddəti 2 illik nəzərdə tutulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest