Viktor Osimhen icarə əsasında çıxış etdiyi “Qalatasaray”dan ayrıla bilər. Matc.az xəbər verir ki, transfer hüququ “Napoli”yə məxsus olan hücumçu karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

“Əl-Hilal” nigeriyalı futbolçu ilə yaxından maraqlanır. Tərəflər arasında danışıqlara start verildiyi bildirilir.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı təmsilçisi Osimhen üçün 75 milyon avro məbləğində satınalma məbləğini ödəməyə razıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest