14 Mart 2025, 16:54
FUTBOL
“Monza”nın futbolçusu Andre Petanya karyerasını Türkiyədə davam etdirmək niyyətindədi. Matc.az xəbər verir ki, italiyalı hücumçu “Eyüpspor”a keçə bilər.
Belə ki, Türkiyə təmsilçisinin çalışdırıcısı Arda Turan rəhbərliklə söhbətində Petanyanın alınmasını istəyib. O, Andrenin komandasına əlavə güc qatacağını düşünür.
İtaliya yığmasının sabiq üzvünün “Monza” ilə 2027-ci il yayınadək müqaviləsi var. Buna baxmayaraq, futbolçu özü Türkiyəyə köçməyə razıdı.