"Liverpul" cari mövsümün sonunda 25 yaşlı mərkəz hücumçusu Darvin Nunesi satmağa getdikcə daha çox meyl edir. Eyni zamanda, mersisaydlılar onu əvəz edə biləcək dörd hücumçudan ibarət qısa siyahı tərtib ediblər.

Matc.az xəbər verir ki, bu barədə "TEAMtalk" məlumat yayıb.

Bildirilir ki, Nunesin yerinə əsas namizəd "Nyukasl"ın hücumçusu Aleksandr İsakdır. Lakin, "Liverpul" isveçli oyunçu üçün istənilən 150 milyon funtu (178,5 milyon avro) ödəməyə hazır deyil.

Digər variantlar arasında "İnter"in hücumçusu Markus Tyuram, "Aston Villa"nın hücumçusu Olli Uotkins və İpsviçdən Liam Delap da var. Turamın müqaviləsində 85 milyon avroluq sərbəst qalma müddəasının olduğu vurğulanır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest