Çempionlar Liqasının cari mövsümündə bu günə qədər ən çox qazanan "Bavariya" olub.

Matc.az xəbər veri ki, Almaniya klubu 106 milyon avro qazanc əldə edib.

Büdcəsinə 104,4 milyon avro əlavə edən PSJ ikinci yerdədir. İlk "üçlüy"ü 103,1 milyon avro qazanc əldə edən "İnter" tamamlayıb.

Qeyd edək ki, yarışın ümumi mükafat fondu 2,47 milyard avrodur.

Çempionlar Liqasının cari mövsümündə gəlirlərinə görə ilk 7 klub:

1. "Bavariya" - 106 milyon avro;
2. PSJ - 104,4 milyon avro;
3. "İnter" - 103,1 milyon avro;
4. "Borussiya" - 102,2 milyon avro;
5. "Arsenal" - 102 milyon avro;
6. "Barselona" - 101 milyon avro;
7. "Real" - 101 milyon avro.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest