14 Mart 2025, 21:21
FUTBOL
"Barselona"nın sabiq müdafiəçisi Xerard Pike İspaniya Superkubokunun Səudiyyə Ərəbistanında təşkili ilə bağlı korrupsiya və çirkli pulların yuyulması iddiaları ilə bağlı məhkəmədə ifadə verib.
Matc.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.
Bildirilir ki, Pike məhkəməyə 8 hüquq-mühafizə orqanı əməkdaşının müşayiəti ilə gəlib. İspaniya millisinin sabiq müdafiəçisinin dindirilməsi 2 saatdan çox davam edib.
Məhkəmənin sonunda Pike çıxış etmək istəyib. Çıxışı zamanı səsi titrəyərək emosiyalarını saxlaya bilməyən eks-futbolçu belə bir məhkəmə prosesinin onun reputasiyasına böyük zərbə vuracağını qeyd edib.