15 Mart 2025, 00:25
FUTBOL
Səudiyyə Ərəbistanı Pro Liqasının 25-ci turunda "Əl-Nəsr" evdə "Əl-Holud" ilə üz-üzə gəlib.
Matc.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 3 cavasız qolu ilə yekunlaşıb.
Kriştiano Ronaldo görüşün 4-cü dəqiqəsində hesabı açaraq qollarının sayının 928-ə çatdırıb.
Qeyd edək ki, Ronaldo bu mövsüm bütün turnirlərdə 33 matçda iştirak edib, 28 qol vurub və 4 məhsuldar ötürmə edib.