15 Mart 2025, 00:36
FUTBOL
PSJ-nin qapıçısı Canluici Donnarummanın maraqlarını təmsil edən Enzo Rayola italyan qolkiperin karyerası ilə bağlı açıqlama verib.
Matc.az xəbər verir ki, o, Donnarummanın Fransa klubu ilə müqaviləsinin uzadılmasından danışıb:
"PSJ ilə müqavilənin uzadılması bizim üçün prioritetdir".
Qeyd edək ki, bu mövsüm Donnarumma PSJ-nin heyətində bütün turnirlərdə 30 oyun keçirib, 28 qol buraxıb və 9 dəfə qapısını toxunulmaz saxlayıb.
Futbolçunun klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalında 26 yaşlı futbolçunun dəyəri 35 milyon avrodur.