"Real"da hücumçuları Kilian Mbappe və Vinisius Juniorun birlikdə meydana çıxdıqları zaman oyun səviyyəsindən narahatdırlar.

Matc.az xəbər verir ki, bu barədə "Relevo" məlumat yayıb.

Bildirilir ki, klub Mbappenin gəlişindən sonra komandanın performansının daha da artacağını gözləyirdi. Lakin 6 aydan çox keçməsinə baxmayaraq iki futbolçu arasında uyğunlaşma yoxdur. Onlar birlikdə meydanda olanda ya biri yaxşı çıxış edir, ya da heç biri. Hər iki forvardın keyfiyyətli futbol oynaması nadir haldır.

Narazılığa baxmayaraq, Madrid düşərgəsi Mbappe və Vinisiusun fərdi səviyyəsinə şübhə etmir. Hər iki futbolçunu əsas heyətdə görür və hər hansı birini ehtiyatda saxlamağı düşünmür.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest