15 Mart 2025, 09:00
FUTBOL
Braziliya millisinin baş məşqçisi Dorival Junior "Santos"un hücumçusu Neymarı DÇ-2026-nın seçmə mərhələsində Kolumbiya (21 mart) və Argentina (26 mart) ilə oyuna çağırsa da, futbolçu bu qarşılaşmalarda iştirak edə bilməyəcək.
Matc.az xəbər verir ki, Braziliya Futbol Federasiyasının (CBF) mətbuat xidməti "Santos"un 33 yaşlı hücumçusu Neymarın tibbi səbəblərdən millinin qarşıdakı oyunlarında iştirak edə bilməyəcəyini bildirib.
Bundan əlavə, "Mançester Siti"nin qapıçısı Ederson da milli komandaya qoşulmayacaq.
Qeyd edək ki, Neymarın Braziliya millisində son oyunu 2023-cü il oktyabrın 18-nə təsadüf edir. O, millidə ümumilikdə 128 oyun keçirib, 79 qol vurub və 59 məhsuldar ötürmə edib.