15 Mart 2025, 09:08
FUTBOL
"Liverpul", "Arsenal" və "Mançester Yunayted" "Nottingem Forest"in 25 yaşlı yarımmüdafiəçisi Morqan Gibbs-Uaytla maraqlanır.
Matc.az xəbər verir ki, bu barədə məlumatı "Caught Offside" paylaşıb.
Bildirilir ki, klub Gibbs-Uaytı satmaq istəmir və onunla müqaviləni uzatmaq niyyətindədir, lakin futbolçu üçün təxminən 60 milyon avroluq təklifləri nəzərdən keçirməyə hazırdırlar.
Qeyd edək ki, Morqan Gibbs-Uayt bu mövsüm bütün turnirlərdə 26 oyuna çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib. 26 yaşlı yarımmüdafiəçinin klubla hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 40 milyon avrodur.