"Barselona"nın hücumçusu Robert Levandovski gələcəyi ilə bağlı sualı cavablandırıb.

Matc.az xəbər verir ki, o, əla formada olduğunu deyib.

"Mən yaxşı fiziki formadayam və ən yüksək səviyyədə oynaya bilirəm. Mən indiki vəziyyətimlə ilə 3 il əvvəlki arasında heç bir fərq hiss etmirəm".

Qeyd edək ki, bu mövsüm Levandovski bütün turnirlərdə 39 oyun keçirib, 34 qol vurub və 3 məhsuldar ötürmə edib. 36 yaşlı hücumçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. "Transfermarkt" portalında futbolçunun bazar dəyəri 15 milyon avrodur.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest