"Qızıl top"a əsas iddiaçıların yeni reytinq cədvəlini dərc edib. Reytinqin birinci pilləsinə "Real"ın hücumçusu Kilian Mbappe başçılıq edir.
Tanınmış "Give me Sport" portalı 2025-ci ildə "Qızıl top"a əsas iddiaçıların yeni reytinq cədvəlini dərc edib.
Matc.az xəbər verir ki, Məhəmməd Salah "Liverpul"un Çempionlar Liqasından kənarda qalmasından sonra reytinqdəki ilk pilləni itirib. Misirli hazırda əsas namizədlər arasında yalnız üçüncüdür.
Reytinqin birinci pilləsinə "Real"ın hücumçusu Kilian Mbappe başçılıq edir. "Barselona"nın cinah oyunçusu Rafinya ikinci pillədə qərarlaşıb.
Reytiqdə Vinisius Junior dördüncü, Lamin Yamal isə beşincidir.
Xatırladaq ki, "Qızıl top"un hazırkı sahibi "Mançester Siti"nin braziliyalı yarımmüdafiəçisi Rodridir.