15 Mart 2025, 11:24
FUTBOL
Londonun "Arsenal" klubu "Bavariya"nın vingeri Leroy Saneni transfer etmək istəyir.
Matc.az xəbər verir ki, 29 yaşlı futbolçunun Almaniya klubundakı gələcəyi qeyri-müəyyən olaraq qalır.
Belə ki, Sanenin "Bavariya" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. Lakin klub rəhbərliyi ona yeni müqavilə təklif etməyib.
Fürsətdən istifadə edən "Arsenal" Sanenin menecerləri ilə əlaqə saxlayıb. Tərəflər arasında danışıqlar davam edir.
Qeyd edək ki, Leroy Sane bu mövsüm 34 matçda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.