"Mançester Siti" "Real"ın yarımmüdafiəçisi Eduardu Kamavinqa ilə maraqlanır.

Matc.az xəbər verir ki, ingilis klubunun baş məşqçisi Xosep Qvardiola 22 yaşlı futbolçunu yaxından izləyir.

Mançester təmsilçisi yaxın müddət ərzində Madrid klubuna təklif göndərməyi planlaşdırır.

Qeyd edək ki, dəyəri 80 milyon avro qiymətləndirilən Kamavinqanın "Real"la olan müqaviləsi 2029-cu ildə başa çatacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest