"Barselona" 17 yaşlı vinger Lamin Yamalın müqaviləsini uzatmaq üçün danışıqları davam etdirir. Tərəflər futbolçunun növbəti mövsümlər üçün maaşını müzakirə edir.

Matc.az xəbər verir ki, bu barədə məlumatı AS paylaşıb.

Bildirilir ki, Kataloniya klubunun təklif edəcəyi yeni müqavilədə Yamalın maaşı mövsümdən mövsümə artacaq. "Barselona" 17 yaşlı hücumçunun klubun əsas simalarından biri hesab edir.

Eyni zamanda, ispan nəhəngi klubda maaş balansını pozmaq istəmir. Həmçinin La Liqanın maliyyə məhdudiyyətləri səbəbindən müqaviləsi 2021-ci ildə qeydə alına bilməyən sabiq hücumçu Lionel Messi ilə vəziyyətin təkrarlanmasına imkan vermək istəmir.

İspaniya La Liqasında klublar gəlirlərinin 70%-dən çoxunu maaşlarına xərclədikləri halda oyunçuları qeydiyyatdan keçirməyə icazə verilmir.

Qeyd edək ki, Yamalın "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest