Heyətinə yeni müdafiəçi qatmaq istəyən “Liverpul”un maraqlandığı futbolçunun adı bəlli olub. Matc.az xəbər verir ki, “qırmızılar” “Volfsburq”un üzvü Konstantinos Kulerakisi heyətlərinə qatmaq niyyətindədilər.

Tərəflər arasında danışıqlara start verilib. 21 yaşlı müdafiəçinin “Volfsburq”la müqavilə müddəti 2029-cu ilin yayına qədərdi.

Qeyd edək ki, Yunanıstan millisinin də şərəfini qoruyan Kulerakis “Volfsburq”a 2024-cü ildə PAOK-dan keçib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest