“Çelsi” yayda heyətində islahat aparacaq. Matc.az xəbər verir ki, İngiltərə klubu 7-8 futbolçusu ilə yollarını ayırmağı planlaşdırır.

Məqsəd maliyyə yükünü azaltmaq və yeni oyunçulara yer açmaqdı. Əsasən icarədə olan futbolçular transferə çıxarılacaq. Bunlar Aksel Disasi (“Aston Villa”), Kepa Arrisabalaqa (“Bornmut”) və Karni Çukvuemeka (“Borussiya”, Dortmund) olacaq. Paytaxt təmsilçisinin ilk hədəfi isə hücum xəttini gücləndirmək olacaq.

Qeyd edək ki, “Çelsi” hazırda Premyer Liqada 49 xalla 5-ci pillədə qərarlaşır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest