17 Mart 2025, 15:00
FUTBOL
Bruno Fernandeş “Mançester Yunayted”in heyətində İngiltərə Premyer Liqada məhsuldar ötürmə sayını 50-yə çatdırıb. Matc.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi “qırmızı şeytanlar”da bunu bacaran 6-cı futbolçu olub.
Ulduz futbolçu 5-ci pillədəki Erik Kantonadan cəmi 1 assist geri qalır. Rekordçu isə Rayan Giqqzdi. O, 162 məhsuldar ötürmə ilə diqqət çəkib. Ueyn Runinin 93, Devid Bekhemin 80, Pol Skoulzun 55 assisti var.
Qeyd edək ki, Bruno Fernandes son olaraq “Lester”lə dünənki görüşdə (3:0) 2 assistə imza atıb.