17 Mart 2025, 15:53
FUTBOL
“Ağır yükün altına girdiyimi başa düşürəm”. Matc.az xəbər verir ki, bunu “Səbail”in yeni baş məşqçisi Elvin Məmmədov klubun mətbuat xidmətinə açıqlamasında deyib.
Gənc mütəxəssis göstərilən etimada görə təşəkkürünü bildirib: “İnamım böyükdü, bu komanda, mübariz kollektiv və futbolçularımızla çox şeyi bacaracağımıza inanıram. Reallıq budu ki, sonuncu pillədəyik, xal fərqi də az deyil. Amma biz bir ailəyik, bu çətin durumdan birlikdə çıxmalıyıq və inanıram ki, buna nail ola biləcəyik. Qarşıdakı 9 oyunun hamısı bizim üçün finala bərabər olacaq. Ümidliyik, bacaracağımıza inanırıq. Zamanla nəticələr qazanıb bu durumdan çıxacağıq”.
Qeyd edək ki, Elvin Məmmədov bu postda dünən istefaya göndərilən Cavid Hüseynovu əvəzləyib.