17 Mart 2025, 17:18
FUTBOL
“Nyukasl”ın baş məşqçisi Eddi Hau 27 illik həsrətə son qoyub.
Msport.az xəbər verir ki, onun baş məşqçisi olduğu “Nyukasl” İngiltərə Liqa Kubokunun finalında “Liverpul”u 2:1 hesabı ilə məğlub edib.
“Sağsağanlar”ın çalışdırıcısı 2008-ci ildən bəri Premyer Liqa klubu ilə böyük titul qazanan ilk ingilis məşqçi olub. Sonuncu dəfə bu uğura 27 il əvvəl “Portsmut”la İngiltərə Kubokunu qazanan Harri Rednapp nail olmuşdu.
Qeyd edək ki, Eddi Hau 2021-ci ildən “Nyukasl”a rəhbərlik edir.