İspaniya La Liqasının XXVII turunun təxirə salınmış “Barselona” – “Osasuna” oyununun vaxtı müəyyənləşib. Matc.az xəbər verir ki, qarşılaşma martın 27-də baş tutacaq.

Bu barədə İspaniya Kral Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. Oyun əvvəlcə martın 8-də keçirilməli idi. Lakin Kataloniya klubunun həkimi Karles Minarro Qarsianın ölümünə görə görüş ləğv edilib.

Qeyd edək ki, “Barselona” hazırda 60 xalla İspaniya çempionatına liderlik edir. “Osasuna” isə 33 xalla 14-cüdür.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest