“Goal” nəşri 2025-ci il üçün “Qızıl top” mükafatına namizədlərin yeni siyahısını təqdim edib. İlk 20 nəfərlik cədvələ “Barselona”nın vingeri Rafinya başçılıq edir. Hazırda braziliyalı futbolçu bu mükafata ən real namizəd sayılır. Onu fransalı Kilian Mbappe izləyir.
“Goal” nəşri 2025-ci il üçün “Qızıl top” mükafatına namizədlərin yeni siyahısını təqdim edib. Matc.az xəbər verir ki, ilk 20 nəfərlik cədvələ “Barselona”nın vingeri Rafinya başçılıq edir.
Hazırda braziliyalı futbolçu bu mükafata ən real namizəd sayılır. Onu fransalı Kilian Mbappe izləyir.
“Qızıl top”a namizəd 20 futbolçu:
1. Rafinya (“Barselona”, İspaniya)
2. Kilian Mbappe (“Real”, İspaniya)
3. Lamin Yamal (“Barselona”, İspaniya)
4. Harri Keyn (“Bavariya”, Almaniya)
5. Usman Dembele (PSJ, Fransa)
6. Məhəmməd Salah (“Liverpul”), İngiltərə)
7. Pedri (“Barselona”, İspaniya)
8. Robert Levandovski (“Barselona”, İspaniya)
9. Vinisius Junior (“Real”, İspaniya)
10. Cud Bellinqem (“Real”, İspaniya)
11. Camal Musiala (“Bavariya”, Almaniya)
12. Xulian Alvares (“Atletiko”, İspaniya)
13. Lautaro Martines (“İnter”, İtaliya)
14. Vitinya (PSJ, Fransa)
15. Aleksander İsak (“Nyukasl”, İngiltərə)
16. Maykl Olise (“Bavariya”, Almaniya)
17. Vircil van Deyk (“Liverpul”, İngiltərə)
18. Erlinq Haland (“Mançester Siti”, İngiltərə)
19. Viktor Qyokeş (“Sportinq”, Portuqaliya)
20. Seru Qirassi (“Borussiya”, Dortmund, Almaniya)
Qeyd edək ki, 2024-cü ildə “Qızıl top” mükafatını “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodri qazanıb.