18 Mart 2025, 10:21
FUTBOL
“Atletiko”nun hücumçusu Antuan Qrizmann La Liqa rekordunu təkrarlayıb. Matc.az xəbər verir ki, fransalı forvard “Barselona” ilə son görüşdə buna nail olub.
O, komandasının heyətində meydana çıxaraq, İspaniya çempionatında 520-ci matçını keçirib. Bununla Qrizmann La Liqada ən çox oyun keçirən əcnəbi futbolçu rekordunu təkrarlayıb. O, “Barselona”nın sabiq kapitanı Lionel Messinin göstəricisinə çatıb.
Qeyd edək ki, “Atletiko” “Barselona”ya 2:4 hesabı ilə məğlub olub.