“Roma”nın yarımmüdafiəçisi Paulo Dibala bir neçə həftə yaşıl meydanlardan uzaq qalacaq. Matc.az xəbər verir ki, o, İtaliya A Seriyasının XXIX turunda “Kalyari” ilə oyunda (1:0) zədələnib.

Ulduz futbolçu qarşılaşmanın 64-cü dəqiqəsində meydana daxil olsa da, 11 dəqiqə sonra xəsarət alıb. Müayinə nəticələrinə əsasən, 31 yaşlı oyunçunun sol budunun yarımquru əzələsində zədə aşkarlanıb.

Dibala DÇ-2026-nın seçmə mərhələsində Argentina millisinin Uruqvay və Braziliya ilə oyunlarında iştirak edə bilməyəcək. Komanda martın 22-də Uruqvayla səfərdə, dörd gündən sonra Braziliya ilə evdə qarşılaşacaq.

Qeyd edək ki, daha əvvəl kapitan Lionel Messi də zədə səbəbindən Argentina millisindən kənarda qalıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest