“Barselona” İspaniya La Liqasının XXVII turunda “Osasuna” ilə keçirilməsi planlaşdırılan oyunun tarixinin dəyişdirilməsi qərarına qarşı apellyasiya verməyi düşünür. Matc.az xəbər verir ki, kataloniyalılar qarşılaşmanın yeni tarixindən narazıdı.

Görüş martın 8-də keçirilməli idi. Lakin “Barsa”nın həkimi Karlos Minyarro Qarsiyanın vəfatı səbəbindən təxirə salınıb. Yerli federasiyanın qərarı ilə 27 martda təşkil olunacaq. Ancaq “Barselona” bu qərardan narazıdı. Çünki komandanın oyunçuları Rafinya və Ronald Arauxo həmin gün öz yığmalarında olacaqlar və bu səbəbdən matçda iştirak edə bilməyəcəklər.

Qeyd edək ki, hazırda “Barselona” 60 xalla İspaniya çempionatına başçılıq edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest