18 Mart 2025, 12:25
FUTBOL
“Atletiko”nun prezidenti Enrike Sereso Çempionlar Liqasının 1/8 final mərhələsində “Real”a məğlubiyyətin ardından UEFA-nı tənqid edib. Matc.az xəbər verir ki, futbol funksioneri qitə futbol qurumunun iş prinsipindən narazılıq bildirib.
“UEFA-nın necə işlədiyini bilirsiniz. Nəticədə oyun başa çatdıqdan sonra olduğu kimi qalır və heç kim onu yenidən keçirmir. Çünki bildiyim qədər heç vaxt belə hal olmayıb. Etiraz etməyə, nəyisə qınamağa, dəyişməyə çalışaraq gücümüzü sərf edirik. Amma nəticəyə heç kim toxunmur”, - deyə Sereso söyləyib.
Qeyd edək ki, “Atletiko” “Real”a penaltilər seriyası ilə məğlub olub. Xulian Alvaresin həlledici zərbəsi zamanı topun onun hər iki ayağına toxunması səbəbindən hesaba alınmayıb.