“Hayduk”un baş məşqçisi Cennaro Qattuzo Xorvatiya çempionatında “Riyeka”ya 0:3 hesabı ilə məğlub olduqları oyundan sonra canlı yayım zamanı xorvat aparıcı ilə mübahisə edib. Matc.az xəbər verir ki, Qattuzo müzakirəyə başlamazdan əvvəl ekspertlə əl sıxmaqdan imtina edib.

Ardından tərəflər mübahisəyə başlayıblar. Qattuzo aparıcıya bu sözləri deyib: “Sizinlə əl sıxmayacağam, çünki çox danışırsınız. Həddindən artıq çox danışırsınız və insanlara hörmət etmirsiniz. Özünüz futbol oynamısınız, yəni vəziyyəti yaxşı anlayırsınız. Ancaq həmişə çox pis danışırsınız. Mən sizə hörmət etmirəm”.

Qeyd edək ki, “Hayduk” hazırda Xorvatiya çempionatında ikinci pillədədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest