18 Mart 2025, 13:19
FUTBOL
Meksikanın “Leon” klubunun yarımmüdafiəçisi Xames Rodriges maraqlı fikirlərlə yadda qalıb. Matc.az xəbər verir ki, Kolumbiya millisinin üzvü özünü ötənlərin superulduzları ilə müqayisə edib.
Belə ki, bir verilişin qonağı olan Hamesə aparıcı bir neçə tanınmış simanın adını çəkib. Onlar arasında Zinəddin Zidan, Luka Modriç və Xavi Ernandes də olub. Lakin Hames Rodriges özünü bu sabiq futbolçuların hamısından böyük adlandırıb.
Qeyd edək ki, Hames Rodriges 2014-2020-ci illərdə “Real”ın formasını geyinib.