Azərbaycan millisi ilə keçiriləcək yoldaşlıq görüşü Haiti yığmasının futbolçusu Emerson Less üçün əlamətdar ola bilər. Matc.az xəbər verir ki, 15 yaşlı yarımmüdafiəçi qarşıdakı görüşdə meydana çıxsa, Haiti yığmasının ən gənc debütantı kimi tarixə düşəcək.

Emerson meydana çıxaraq bu rekordu qırmaq üçün əlindən gələni edəcəyini açıqlayıb: “15 yaşımda milliyə dəvət edildiyim üçün çox xoşbəxtəm. Ailəm də mənə görə çox qürurludu. Düzü, yoldaşlıq görüşü olsa belə, çox həyəcanlıyam. Azərbaycanla oyunda meydana çıxmaq istəyirəm və özümü buna hazır sayıram”.

Qeyd edək ki, martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək Azərbaycan – Haiti oyunu saat 21:45-də başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest