"Milan" rəhbərliyi komandanın baş məşqçisi Serxio Konseysao ilə bağlı yekun qərarını verib. Matc.az xəbər verir ki, portuqaliyalı çalışdırıcı cari mövsümün sonunda postundan uzaqlaşdırılacaq.

Bu barədə insayder Matteo Moretto məlumat yayıb.

Konseysaoya artıq yeni iş yeri tapmağı tövsiyə olunub. “Milan”ın yeni baş məşqçisinin adı isə yeni idman direktorunun gəlişindən sonra müəyyənləşəcək.

Qeyd edək ki, “rossonyerlər” hazırda A Seriyasında 9-cu pillədə qərarlaşıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest