18 Mart 2025, 16:07
FUTBOL
Misli Premyer Liqasında Patrik Andrade ("Qarabağ"), I Liqada Ramil Orucov (MOİK), II Liqada Eşqin Tağıyev ("Qusar") qalib olub.
Peşəkar Futbol Liqasının təşkil etdiyi “Ayın qolu” layihəsində fevralın qalibləri bəlli olub. Matc.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Misli Premyer Liqasında Patrik Andrade ("Qarabağ"), I Liqada Ramil Orucov (MOİK), II Liqada Eşqin Tağıyev ("Qusar") qalib olub.
II Liqa çərçivəsində keçirilən səsvermə zamanı 3 oyunçunun qolu 3 xal toplayıb. Belədə şərtlərə əsasən, yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədi. Daxili səsvermənin yekunlarına görə, “Qusar”ın futbolçusu Eşqin Tağıyevin qolu “Ayın qolu” seçilib.