18 Mart 2025, 17:48
FUTBOL
Millətlər Liqasının pley-off mərhələsində baş tutacaq Türkiyə - Macarıstan oyununa hakim təyinatları bəlli olub. Matc.az xəbər verir ki, qarşılaşmanı Slovakiyadan olan hakimlər briqadası idarə edəcək.
Baş hakim funksiyasını İvan Kruzlyak yerinə yetirəcək. Köməkçi hakimlər Branislav Qanço və Yan Pozor, dördüncü hakim isə Peter Kraloviç olacaq.
Qeyd edək ki, Türkiyə - Macarıstan matçı martın 20-də reallaşacaq.