18 Mart 2025, 22:48
FUTBOL
İtaliyanın "İnter" klubu baş məşqçisi Simone İnzaqi ilə yeni müqavilə bağlayacaq.
Matc.az xəbər verir ki, Milan təmsilçisi İnzaqiyə 2028-ci ilə qədər müddətə müqavilə təklif edəcək.
48 yaşlı mütəxəssisin hazırkı müqaviləsinin müddəti 2026-cı ilin yayına qədərdir.
Qeyd edək ki, İnzaqi 2021-ci ilin yayından "İnter"ə rəhbərlik edir. Bu müddət ərzində o, komanda ilə 6 kubok qazanıv və İtaliya çempionu olub.